Xəbər lenti

Azərbaycanda qiymətlər: Bir neçə ayın maaşına 2 gün istirahət
Ölkə14:44 15.11.2017

Azərbaycanda qiymətlər: Bir neçə ayın maaşına 2 gün istirahət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Azərbaycanda da qış turizmi üçün potensial məkanlar, turizm zonaları var. Lakin digər xarici ölkələrdən fərqli olaraq, ölkəmizdə qiymətlər kifayət qədər yüksək, xidmət isə aşağıdır. 
"Qaynarinfo" cebhe.info-ya istinadın yeni ildə Azərbaycanda və xarici ölkələrin hotel qiymətlərini təqdim edir:
QALAALTI HOTEL & SPA 5* hotelinin yeni il paketində də qiymətlər kifayət qədər yüksəkdir. 2 gecə, 3 gün üçün hesablanan qiymət 1299 AZN-dir. Qiymətə oteldə 2 günlük gecələmə, gündə 3 dəfə qidalanma, həmçinin yeni il menyusu, xaş və canlı musiqi proqramı daxildir. Atəşfəşanlıq, uşaqlar üçün müəyyən əyləncələrin təşkili də nəzərdə tutulub. 
SHAHDAG HOTEL & SPA 5* hotelində yeni ildə 3 gecə üçün 2099 AZN xərcləməli olacaqsız.  Qiymətə gündə 2 dəfə qidalanma, yeni il menyusu, canlı musiqi proqramı, DJ şou və atəşfəşanlıq daxildir.
Yeni ildə İstanbulda 3 gecəlik hotellərin qiyməti isə 355 – 807 ABŞ dolları arasında dəyişir.  Moskva turunun qiymətləri isə  678 AZN - 939 AZN arasında dəyişilir.
Praqa turunun qiymətləri 1099 - 1779 ABŞ dolları arasında dəyişilir. Bakuriani turunun qiyməti isə 640-675 ABŞ dolları arasında dəyişilir.
Digər turların qiymətinə nəzər yetirək:
3 gecəlik Paris turu - 896 – 1067 Avro
Tayland turu - 1399 ABŞ dolları və daha yüksək.
Göstərilən qiymətlərə aviabilet, hoteldə gecələmə, qidalanma, sığorta, transfer daxildir.
Budapeşt turunun qiymətləri isə 265 Avro – 382 - 524 avro arasında dəyişilir. 
Riqa turunun qiymətləri 299 - 334 ABŞ dolları arasında dəyişir. Tur qiymətlərə hoteldə gecələmə, qidalanma daxildir. Sığorta, transfer qiymətə daxil deyil. Aviabiletin qiyməti 2 nəfərlik otaqda 1 nəfər üçün hesablanıb.
Qaynarinfo.Az