Xəbər lenti

Azərbaycanda şadlıq evləri ilə bağlı QORXULU FAKT
Ölkə05:58 03.02.2014

Azərbaycanda şadlıq evləri ilə bağlı QORXULU FAKT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dekabr ayı ərzində əhali arasında baş vermiş 64 qida zəhərlənməsi hadisəsindən 113 nəfər zərərçəkən olub

Şadlıq evlərindən götürülən yeyinti məhsulları nümunələrinin 23-də mikrobioloji çirklənmə aşkar edilib.

Qaynar.infonun ans press-ə istinadən məlumatına görə, səhiyyə nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2013-cü ilin dekabr ayı ərzində şadlıq evlərindən 1158 yaxma nümunəsi, 23 soyuq qəlyanaltı nümunəsi götürülüb.

Aidiyyəti üzrə müayinə üçün laboratoriyaya göndərilən qidalarda zərərli maddələr aşkarlanıb.

Belə ki, müayinə zamanı 23 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib.

Dekabr ayı ərzində əhali arasında baş vermiş 64 qida zəhərlənməsi hadisəsindən 113 nəfər zərərçəkən, o cümlədən 9 botulizm hadisəsindən 17 nəfər zərərçəkən olub. 

Qaynar.info