Xəbər lenti

Azərbaycanda tanınmış həkim vəfat etdi (FOTO)
Ölkə07:24 14.05.2024

Azərbaycanda tanınmış həkim vəfat etdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Abşeron Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Saray Ailə Sağlamlıq Mərkəzinin ailə həkimi-terapevt Sevinc Zeynalova vəfat edib.
Qaynarinfo aztibb.az-a istinadən xəbər verir ki, o, 54 yaşında dünyasını dəyişib.
Sevinc Zeynalova 1989-1995-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb, 1995-1996-cı illərdə Abşeron Rayon Mərkəzi Xəstəxanasında internatura keçib.
O, 1996-cı ildən Abşeron Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Saray Ailə Sağlamlıq Mərkəzində ailə həkimi-terapevt kimi çalışıb.