Xəbər lenti

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlandı
Ölkə07:28 17.06.2022

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2021-2022-ci tədris ilində ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində 101 ölkədən 7400-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alıb.
Bu barədə Qaynarinfo-ya Təhsil Nazirliyindən məlumat verilib.
Tələbələr əsasən Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Nigeriya, Suriya, Hindistan, Pakistan, Çin Xalq Respublikası və digər ölkələri təmsil edib.
Qeyd edək ki, geridə qoyduğumuz tədris ilində əcnəbilərin ölkəmizdə təhsili üçün imkanların genişləndirilməsi, eyni zamanda təşviqi istiqamətində aparılan işlərin davamı olaraq portal.edu.az sistemi üzərindən mərkəzləşmiş e-müraciət xidməti ("SIA/CAS: Study in Azerbaijan Centralised E-Application Service”) istifadəyə verilib.