Xəbər lenti

Azərbaycanda Türkiyə universitetlərinin təhsil sərgisi keçiriləcək
Ölkə07:55 29.03.2014

Azərbaycanda Türkiyə universitetlərinin təhsil sərgisi keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Akademi Group” Xaricdə Təhsil Mərkəzinin təşkilatçılığı ilə Bakıda və Gəncədə təhsil sərgiləri keçiriləcək.

Aprelin 5-də və 6-da Bakıdakı “Hilton” mehmanxanasında Türkiyənin 30-a yaxın universitetinin iştirakı ilə növbəti xüsusiləşmiş təhsil sərgisi təşkil olunacaq. Sərgidə tələbələrə xaricdə yüksək keyfiyyətli təhsil imkanı, yataqxanalar və digər məsələlər barədə ətraflı məlumat veriləcək. Sərgidə, həmçinin bu universitetlərdə pulsuz təhsil imkanları haqqında təqdimat və seminarların keçirilməsi də nəzərdə tutulub.
Aprelin 8-də isə ilk dəfə olaraq Gəncədəki “Vego” otelində Türkiyə universitetlərinin təhsil sərgisi təşkil ediləcək. Sərgidə Türkiyənin bir sıra dövlət və vəqf universitetləri təmsil olunacaq.

Hər iki sərgidə Azərbaycanın Təhsil Nazirliyinin nümayəndələrinin, Türkiyənin ölkəmizdəki səfirliyinin təhsil müşavirliyinin iştirakı da nəzərdə tutulmuşdur.

Hər iki sərgiyə giriş ödənişsizdir.

Ətraflı məlumat və onlayn qeydiyyatdan keçmək üçün www.akademi.az saytına müraciət etmək olar.

Qaynar.info