Xəbər lenti

Azərbaycanda xanım deputat imtahan verəcək - FOTO
Ölkə19:25 29.06.2014

Azərbaycanda xanım deputat imtahan verəcək - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda xanım deputat elmlər doktoru elmi dərəcəsi almağa hazırlaşır. 

“Qafqazinfo”nun məlumatına görə, AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva “Bioetika və insan hüquqları: nəzəri və təcrübi problemlər” adlı doktorluq işi yazıb.

A.Mustafayeva iyulun 1-də Bakı Dövlət Universitetinin (BDU) inzibati binasında doktorluq işinin müdafiəsinə çıxacaq. Müdafiə edəcəyi təqdirdə deputat Hüquq üzrə elmlər doktoru elmi dərəcəsini alacaq.