Xəbər lenti

Azərbaycanda zəncirvari qəza: 8 avtomobil toqquşub (FOTOLAR)
Ölkə08:58 19.02.2021

Azərbaycanda zəncirvari qəza: 8 avtomobil toqquşub (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qəbələ rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında Qəbələ rayon avtovağzalının yanında hərəkətdə olan iki ədəd "VAZ 2107", iki ədəd "VAZ 21015", bir ədəd "Ford", bir ədəd "Mersedes" və iki ədəd "VAZ 2106" markalı avtomobillər toqquşub.
Qəzaya səbəb rayona yağan qardan sonra yolun buz bağlaması, sürüşkən olmasıdır.
Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə xeyli ziyan dəyib.