Xəbər lenti

Azərbaycandakı prezident seçkiləri Avronest-də müzakirə olunacaq
Ölkə18:05 30.10.2013

Azərbaycandakı prezident seçkiləri Avronest-də müzakirə olunacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov qurumun Büro iclasında iştirak etmək üçün noyabrın 1-dən 3-dək  Ukraynada səfərdə olacaq. 

Parlamentdən APA-ya verilən məlumata görə, paytaxt Kiyev şəhərində keçiriləcək toplantının gündəliyinə  Azərbaycanda və Gürcüstanda keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı müzakirələr, 2013-cü ilin mayında Brüsseldə keçirilən Büro iclasında qəbul edilən qərarların və qurumun  2014-cü il fəaliyyət planının təsdiq edilməsi, üzv ölkələrə yeni həmməruzəçilərin təyin edilməsi və digər məsələlər daxildir.

E.Süleymanov sözügedən məsələlərə öz münasibətini bildirəcək.

Qaynar.info