2024-cü ildə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınan şəkərli diabet xəstələrinin sayı 33 533 nəfər olub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, onlardan 1 134-ü insulindən asılı, 32 399-u isə insulindən asılı olmayan şəkərli diabet xəstələridir.
Həmçinin, 2024-cü ildə tibb müəssisələrində qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 423 523 nəfər olub.
Onlardan 39 211-i insulindən asılı, 384 312-si isə insulindən asılı olmayan şəkərli diabet xəstələridir.
Şərhlər