Azərbaycandan Gürcüstana səyahət edən çinli turistlərdə koronavirus aşkar edilməyib
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze bildirib.
Onun sözlərinə görə, müayinə zamanı hər iki uşaqda "A” tipli qrip virusu aşkarlanıb.
Qeyd edək ki Gürcüstanın Kazbegi rayonunda bir qrup çinli turist təcili yardım maşını ilə Tbilisi İnfeksion Xəstəliklər xəstəxanasına gətirilib
Çinli turistlərin yanvarın 21-də Çindən Bakıya, yanvarın 25-də isə Bakıdan Gürcüstana gəldiyi bildirilir.
Bununla yanaşı, Azərbaycandan Gürcüstana gedən daha bir Çin vətəndaşı kəskin respirator simptomlarla Tbilisi İnfeksion Xəstəliklər Xəstəxanasına müraciət edib. Bu barədə xəstəxananın direktoru Tengiz Tsertsvadze məlumat verib. Bildirib ki, 24 yaşlı şəxs xəstəxananın təcrid edilmiş bir bölümündə müayinə edilir və müvafiq yoxlamalar aparılır.