Xəbər lenti

Azərbaycanı Avropa çempionatında 9 para-taekvondoçu təmsil edəcək
Ölkə18:09 09.12.2021

Azərbaycanı Avropa çempionatında 9 para-taekvondoçu təmsil edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanı Türkiyənin İstanbul şəhərindəki IX Avropa çempionatında təmsil edəcək para-taekvondoçular bəlli olub.
Federasiyadan Qaynarinfo-ya verilən məlumata görə, təlim-məşq toplanışı başa vuran yığma yarışa bir kateqoriya üzrə altı çəki dərəcəsində 9 idmançı ilə yollanıb.
Komandanın baş məşqçisi Fərid Tağızadə və Yaşar Səfərov Avropa çempionatında qadınlardan Aynur Məmmədova (K-40, 65 kiloqramdan yuxarı) və Röyalə Fətəliyevaya (K-40,47 kq), kişilərdən isə Sabir Zeynalov (K-40, 58 kq), Sadiq Həmidov (K-40, 58 kq), Ayaz Hüseynli (K-40, 63 kq), Əlimxan Manafov (K-40, 63 kq), İmamməddin Xəlilov (K-40, 70 kq), Orxan Cəfərov (K-40, 70 kq), Əbülfəz Abuzərliyə (K-40, 80 kq) etimad göstəriblər.
Qeyd edək ki, dekabrın 11-də start götürəcək Avropa çempionatı 2 gün davam edəcək. Azərbaycan millisi dekabrın 13-də vətənə dönəcək.