"Azərbaycan Respublikası və İran İslam Respublikası arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu və Naxçıvan arasında yeni kommunikasiyaların yaradılması barədə memorandumuna əsasən, Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu və İran ərazisindən Naxçıvana 2 avtomobil körpüsü tikiləcək”.
Qaynarinfo xəbər ki, bunu Azərbaycan Baş nazirin müavini Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib.
Şahin Mustafayev qeyd edib ki, bu körpülərin birini Azərbaycan, digərini isə İran inşa edəcək: "Müvafiq infrastruktur yaratmaqla tərəflər hər biri öz ərazisindən avtomobil yollarının tikintisini, təmir bərpasını genişləndirməklə həyata keçirəcəklər. Beləliklə Azərbaycanı Naxçıvanla birləşdirən yol təxminən 50-55 km olacaq. 50-55 km məsafədən sonra azərbaycanlıların Naxçıvana keçidi təmin olunacaq. Eyni zamanda, hesab edirik ki, bu yol təkcə lokal məqsədlərə deyil, böyük tranzit imkanlarına malik olacaq.
Bu yol Zəngəzur dəhlizinin qolu kimi Ağbənddən sola dönəcək, Araz çayı üzərindən körpü tikiləcək və təxminən 50 km gedəndən sonra Ordubad rayonunun Kotan kəndi səmtində Azərbaycan ərazisinə, yəni Naxçıvana çatacaq. Bu daha dəqiq bir ay ərzində müəyyənləşəcək. Naxçıvana təxminən 50-55 km-lik yol olacaq”.
Şərhlər