Xəbər lenti

Azərbaycan universitetlərində “İslamşünaslıq” ixtisası yaradılıb
Ölkə07:16 22.03.2018

Azərbaycan universitetlərində “İslamşünaslıq” ixtisası yaradılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın ali təhsil müəssisələrində "İslamşünaslıq” ixtisası yaradılıb. 
Qaynarinfo-nun xəbərinə görə, Nazirlər Kabineti "Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nda dəyişiklik edib.
Dəyişikliyə əsasən, təsnifatın "Humanitar və sosial ixtisaslar qrupu” bölməsinə "İslamşümaslıq” ixtisası əlavə edilib. İndiyə qədər isə yalnız "Dinşünaslıq” ixtisası tədris olunub.
Nazirlər Kabineti bu dəyişikliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təklifini nəzərə alaraq edib.