"Azərbaycan ictimaiyyətinin Türkiyəyə, onun silahlı qüvvələrinə etimadı böyükdür”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq, sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov Türk ordusunun Qarabağa gəlməsi ilə bağlı Türkiyə Böyük Millət Məclisinə təqdim edilən sənəddən danışarkən deyib. Politoloq qeyd edib ki, belə həssas məsələdə Azərbaycanın münaqişə bölgəsinə Türkiyənin gəlişi Azərbaycan üçün vacib amildir:
"Bu, çox yaxşı məlumat oldu. Xeyli vaxt var ki, onların gəlişi barəsində danışılırdı. Bu, orada baş verən proseslərdə Azərbaycanın mövqeyini güclənməsinə gətirib çıxardacaq”.
Türkiyə Böyük Millət Məclisinə təqdim olunan sənəddə Türkiyə Silahlı Qüvvələrinin bir il xidmət etməsi məsələsinə gəlincə, Tofiq Zülfüqarov bu məlumatı şərh etməkdə çətinlik çəkdiyini vurğuladı.
Qeyd edək ki, Türkiyə Azərbaycana hərbi qüvvələr göndərir. Türkiyə Prezident Administrasiyası bununla bağlı qanun layihəsi hazırlayıb. Qanun layihəsi müzakirə üçün Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilib. Təqdim olunan sənədə əsasən, Konstitusiyanın 92-ci maddəsinə uyğun olaraq Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda bir il xidmət etməsi nəzərdə tutulur.
Bahar Rüstəmli