Xəbər lenti

Azərbaycanın neft kəmərləri partladıla bilər - SOS
Dünya05:20 28.07.2015

Azərbaycanın neft kəmərləri partladıla bilər - SOS

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə və İran arasındakı təbii qaz boru xəttinin Türkiyə hissəsində güclü partlayış törədilib. Anspress-in məlumatına görə, bu barədə Türkiyənin enerji bə sərvətlər naziri Taner Yıldız açıqlama verib.
Nazir bildirib ki, boru xəttinin Türkiyənin Ağrı vilayətindən keçən hissəsi partladılıb: "Partalyış bu axşam törədilib. Partlayışdan sonra yanğın baş verib. Lakin qısa müddət ərzində alovun qarşısını almaq mükün olub. Təmir işləri başa çatandan sonra İrandan Türkiyəyə təbbi qazın nəqli bərpa ediləcək. Bir neçə gün əvvəl Cizre-Silopi arasındakı elektrik xəttində, daha sonra Türkiyə və İran arasındakı təbii qaz boru xəttində təxribatın həyata keçirilməsi sadəcə dövlət və hökumətimizə qarşı deyil, həm də o bölgədəki vətəndaşlarımıza qarşıdır".
Türkiyədə partladılan boru xəttindən son fotolar
Son vaxtlar Türkiyədə PKK və İŞİD terrorçuları xeyli aktivləşib. PKK terrorçuları ölkədə bir sıra terror hücumları həyata keçirır, hüquq-mühafizə və təhlükəsizlik qüvvələrinin əməkdaşlarını öldürür. Bir neçə gün əvvə ilə Cizre-Silopi arasındakı elektrik xəttində də təxribat törətmişdilər.
Məlum olduğu kimi Türkiyədən Azərbaycanın Bakı-Tiflis-Ceyhan neft kəməri və Bakı-Tiflis-Ərzurum qaz boru xətti keçir. PKK terrorçularının son günlər təbii qaz boru xəttinə, elekrik xətlərinə etdiyi hücumlar Azərbaycanın bu ölkədən keçən neft kəmərlərinin təhlükəsizliyi məsələlərini də gündəmə gətirir.
Bakı-Tiflis-Ceyhan neft kəməri və Bakı-TiflisiƏrzurum boru xətti
Qaynar.info