Xəbər lenti

Azərbaycanın sabiq nazirinin həbsinə RƏSMİ MÜNASİBƏT
Ölkə11:28 12.08.2013

Azərbaycanın sabiq nazirinin həbsinə RƏSMİ MÜNASİBƏT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xarici iqtisadi əlaqələr naziri vəzifəsini icra etmiş Nicat Quliyevin həbsinə aydınlıq gətirilib.

MTN İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev APA-nın sorğusuna cavabında bildirib ki, Azərbaycan Respublikasının vətəndaşı Quliyev Nicat Əmir oğlu Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə , satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilindiyinə görə, 2013-cü il avqustun 7-də tutulub.

N. Quliyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə avqustun 8-də barəsində həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bəzi KİV-in yaydığı məlumata görə, MTN əməkdaşları N. Quliyevi bağ evində saxlayıblar, bağ evində avtomat və qumbaralar, maşınından tapança tapılıb. Onun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.

N. Quliyev 1993-95-ci illərdə xarici iqtisadi əlaqələr naziri vəzifəsini müvəqqəti icra edib. Sonra Acarıstana gedib, 2004-cü ilədək prezident Aslan Abaşodzenin müşaviri postunda çalışıb.

Bundan sonra Azərbaycana qayıdıb, Türkiyə və Azərbaycanda bizneslə məşğul olub.

N. Quliyev 2005-ci il oktyabrın 19-da da həbs edilib. Ona qarşı dövlət çevrilişinə cəhddə iştirak maddəsi ilə ittiham irəli sürülsə də, az sonra azadlığa buraxılıb.

Qaynar.info