Xəbər lenti

Azərbaycanla İran arasında sərhəd məsələləri müzakirə olunub
Ölkə04:55 22.10.2013

Azərbaycanla İran arasında sərhəd məsələləri müzakirə olunub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan-İran sərhədindəki mövcud vəziyyətlə əlaqədar oktyabrın 21-də İranın Culfa şəhərində toplantı keçirilib

 
APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, toplantıda Azərbaycanın Təbrizdəki baş konsulu, Culfa valisi və sərhəd rəsmiləri iştirak ediblər. Culfa valiliyində keçirilən toplantıda qarşılıqlı siyasi və mədəni əlaqələrin genişləndirilməsi məqsədəuyğun sayılıb.
 
Culfa şəhərinin valisi Muxtar Seyfi bildirib ki, görüşdə iki ölkə vətəndaşlarının sərhədlərdən keçmələri və beynəlxalq layihələrin icrası vəziyyəti araşdırılıb. Vali görüşün təfərrüatları barədə məlumat verməyib: “Tarixi, dini və mədəni ortaqlıqları nəzərə alaraq, İranla Azərbaycanın siyasi və mədəni əlaqələri yüksək səviyyədə olmalıdır”.
 
Qeyd edək ki, Culfa şəhəri Naxçıvan Muxtar Respublikası sərhəddə yerləşir və iki ərazini Araz çayı ayırır. Hazırda gündəlik üç mindən çox Azərbaycan vətəndaşı Culfadakı sərhəd-keçid məntəqəsindən İrana daxil olur.


Qaynar.info