Xəbər lenti

Azərbaycanla PATA arasında turizm sahəsində əməkdaşlıq memorandumu imzalandı
Ölkə10:38 29.10.2026

Azərbaycanla PATA arasında turizm sahəsində əməkdaşlıq memorandumu imzalandı


Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Turizm Bürosu (ATB) ilə Asiya-Sakit Okean Turizm Assosiasiyası (PATA) arasında Anlaşma Memorandumu imzalanıb.

Qaynarinfo xəbər verir ki, sənəd “PATA Hosted Buyers Summit Baku 2026” tədbiri çərçivəsində imzalanıb.

Memorandumu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid və PATA-nın baş icraçı direktoru Nur Əhməd Həmid imzalayıblar.

Anlaşma Asiya-Sakit Okean regionunda Azərbaycan haqqında məlumatlılığın artırılmasını və ölkənin turizm imkanlarının təşviqini nəzərdə tutur. Sənəd, həmçinin regionun turizm bazarlarının nümayəndələri ilə əlaqələrin genişləndirilməsini, media nümayəndələri ilə əməkdaşlığın inkişaf etdirilməsini, turizm sektorunun digər maraqlı tərəfləri arasında təcrübə və məlumat mübadiləsinin gücləndirilməsini əhatə edir.