Xəbər lenti

Azərbaycanlı aktrisa qəzaya düşdü: xəsarət aldı
Maqazin12:38 30.11.2017

Azərbaycanlı aktrisa qəzaya düşdü: xəsarət aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Miss Azərbaycan” gözəllik yarışmasının qalibi model-aktrisa Əfsanə Qasımova ölümdən dönüb. Aktrisanı mənzil başına aparan taksi "Nissan” markalı avtomobillə toqquşub.
Qaynarinfo xəbər verir ki, yenicag.az-a açıqlama verən aktrisa qəzadan xətərsiz ötüşmədiyini deyib:
"Dünən gecə çəkilişdən qayıdırdım. Qəflətən qarşımıza maşın çıxdı. Sürücü sükanı sağa çevirsə də xətasız ötüşmədik. Başımdan zədə aldım, amma şükür edirəm. Daha pis ola bilərdi, məni Allah saxladı. Həkim həyatım üçün təhlükə olmadını deyir”.