Xəbər lenti

Azərbaycanlı avtoritet Ukraynada həbs edildi
Dünya08:52 26.04.2013

Azərbaycanlı avtoritet Ukraynada həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanlı avtoritet “Vaxa” ləqəbi ilə tanın  Baxış Əliyev Ukraynada saxlanılıb. 

Rusiyanın “Praym Kraym” saytının məlumatına görə, 38 yaşlı B. Əliyev aprelin 25-də Ukrayna paytaxtı Kiyevdə Ukraynanın hüquq-mühafizə orqanları əməkdaşları saxlayıb. Məlumata görə, Kiyevin Elm küçəsində saxlanılan “Vaxa” nın yanında onu mühafizə edən daha beş azərbaycanlı olub. Qeyd edək ki, “Vaxa”  Ukraynadan bir neçə dəfə deportasiya olunub və onun bu ölkəyə gəlməyə icazəsi yoxdur. Sonuncu dəfə onu  Kiyevin Qoloseevski məhkəməsinin qərarı ilə ölkədən deportasiya ediblər. Qərara görə, yaxın 3 ildə onun Ukraynaya gəlməsi yasaqlanıb. 

Məlumata görə, Ukrayna hüquq-mühafizə orqanları “Vaxa” nı və onun yanında olan digər beş azərbaycanlını da aprelin 25-də səhər reysi ilə “Borispol” aeroportundan Türkiyənin Antaliya şəhərinə yola salınıb.                 

Ukraynada “Vaxa” nı Rusiya kriminalının “xaç atası”, yanvarın 16-da Moskvada qətlə yetirilən Aslan Usoyanın-“Ded Xasan” ın ən yaxın adamlarından hesab olunur. //musavat.com

Qaynar.info