Xəbər lenti

Azərbaycanlı bloqer Rusiya vətəndaşlığından çıxarıldı
Dünya 09:50 28.02.2025

Azərbaycanlı bloqer Rusiya vətəndaşlığından çıxarıldı

Rusiyada fəaliyyət göstərən "Subo” ləqəbli azərbaycanlı bloqer Rusiya vətəndaşlığından çıxarılıb.

"Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ölkənin hüquq-mühafizə orqanlarına istinadən TASS yayıb. 

Bildirilib ki, Sübhan Məmmədov adlı bloqer barəsində araşdırma aparılıb və onun Rusiya vətəndaşlığı alarkən özü barədə yalan məlumatlar təqdim etdiyi müəyyən edilib: "Bununla əlaqədar olaraq, o, Rusiya vətəndaşlığından çıxarılıb. Eyni zamanda, onun Rusiyaya girişinə qadağa da qoyulub”.

"Lenta.ru” portalı isə onun 70 il müddətinə Rusiyaya girişinə qadağa qoyulduğunu vurğulayıb. 25 yaşlı bloqerin hazırda BƏƏ-də olduğu qeyd olunub. 

Rusiya mediası, həmçinin yazır ki, instaqram hesabında 13,5 milyon izləyicisi olan "Subo” qalmaqallı paylaşımları ilə məşhurdur. Onun barəsində araşdırma aparılmasına səbəb də məhz bu paylaşımlar olub. "REN TV” telekanalının məlumatına görə, S.Məmmədov uzun müddət hüquq-mühafizə orqanlarına qarşı mənfi münasibətin formalaşmasına yönələn məzmunlar yaradıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->