Xəbər lenti

Azərbaycanlı deputat türkləri məhkəməyə verdi
Ölkə12:42 28.10.2013

Azərbaycanlı deputat türkləri məhkəməyə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Məndən üzr istəyin”.

Milli Məclisin deputatı Çingiz Qənizadə beynəlxalq uçuşları həyata keçirən Türk Hava Yollarını məhkəməyə verib.

Bu iş üzrə noyabrın 4-də Yasamal Rayon Məhkəməsində hazırlıq iclası keçiriləcək. Qafqazinfo-ya istinadən xəbər verir ki, THY-nin məhkəməyə verilməsinə səbəb millət vəkilinin xarici ölkələrin birindən səfərdən qayıdarkən onun xəbəri olmadan biletinin uçuş tarixinin başqa günə dəyişdirilməsi olub.

Deputat buna aydınlıq gətirilməsini tələb etsə də, onu istəyinə laqeyd yanaşılıb. Deputat uçuşdan imtina edərək başqa xidmətdən istifadə edib. Və Azərbaycana qayıtdıqdan sonra  THY-nı məhkəməyə verib.

Millət vəkili THY-nın  ondan üzr istəmisini tələb edir.

Qaynar.info