Xəbər lenti

Azərbaycanlı edam olundu
Dünya06:50 06.08.2013

Azərbaycanlı edam olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İranda bir nəfər edam edilib.

APA-nın məlumatına görə, məhbus qətldə günahlandırılaraq dar ağacından asılıb.

Məhbus Səlmas şəhərinə bağlı Təzəşəhər rayonunun sakinidir və əslən Azərbaycan türküdür. Onun ad və soyadı da açıqlanıb. Peyman Qəni Köhnəşəhri 2009-cu ilin avqust ayında yerlisi Əliəsgər Qulipuru qətlə yetirdiyinə görə ölüm cəzasına məhkum edilib. Ə.Qulipur “Pars” zavodunun səhmdarlarından olub və 2009-cu ilin avqust ayında səhər saatlarında Səlmas şəhərinin yaxınlığındakı qəbiristanlıqda bir qrup silahlı şəxs tərəfindən qaçırılıb. Cəsədi bir neçə ay sonra şəhərin Dəlzi kəndi yaxınlığında tapılıb. Onun oğurlandıqdan sonra ağır işgəncələrə məruz qaldığı bildirilir. 

Edam qərarı İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra avqustun 4-də səhər saatlarında Səlmas şəhərinin həbsxanasında icra edilib.

Qaynar.info