Xəbər lenti

Azərbaycanlı fəal müəmmalı şəkildə ölüb
Dünya18:56 31.07.2013

Azərbaycanlı fəal müəmmalı şəkildə ölüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranda tanınmış azərbaycanlı fəal öz şəxsi mənzilində ölü tapılıb. APA-nın “Oyannews”a istinadən məlumatına görə, Xoy şəhərinin sakini olan Səccad Səfərzadın iyulun 29-da axşam saatlarında müəmmalı şəkildə öldüyü məlum olub. Ancaq azərbaycanlı fəalın ölümünün səbəbləri məlum olmadığından onun cəsədi ekspertiza üçün Urmiya şəhərinin Tibbi Ekspertiza Şöbəsinə göndərilib.

Qeyd edək ki, S.Səfərzad 1982-ci ildə anadan olub, Urmiya Dövlət Universitetinin kənd təsərrüfatı mühəndisliyi fakültəsini bitirib. Azərbaycanlı fəal “Evrin-e Xoy” və “Aydın Səhər” qeyri-hökumət təşkilatlarının üzvü olub. S.Səfərzad Qaradağ zəlzələ bölgəsinə yardım toplamaq kampaniyasında da xüsusi rol oynayıb.


Qaynar.info