Xəbər lenti

Azərbaycanlı fəhlələri daşıyan lift 12 metrlik yüksəklikdən yerə çırpıldı - VİDEO
Dünya05:00 04.04.2017

Azərbaycanlı fəhlələri daşıyan lift 12 metrlik yüksəklikdən yerə çırpıldı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın Voloqda vilayətinin Çerepovets şəhərində yük lifti 12 metrlik yüksəklikdən yerə çırpılıb. Bildirildiyinə görə, liftdə olan 6 fəhlədən bəziləri Azərbaycan vətəndaşları olub.

Virtualaz.org “Vesti”yə istinadən xəbər verir ki, ağır xəsarət alanlar fəhlələr xəstəxanaya çatdırılıb.

Fəhlələr liftlə metal lövhələri daşıyırmışlar. 47 yaşlı Familin onurğa sütunu sınıb. Faciədə o, özünü günahlandırır – texniki təhlükəsizlik qaydalarını pozub.

Qeyd olunur ki, lift insanları sdaşımaq üçün nəzərdə tutulmayıbmış.

Hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırırlar.

Qaynar.Az