Xəbər lenti

Azərbaycanlı futbolçu 33 yaşında tələbə olacaq
Ölkə16:04 17.08.2021

Azərbaycanlı futbolçu 33 yaşında tələbə olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bir-iki dəfə tələbə olmaq imkanım olub. Ancaq gecikdiyimdən, imtahana gedib çıxmamışam. Keçən il pandemiyaya görə qabiliyyət imtahanı olmadı. Bu il isə şeytanın qıçını qırıb 276 nömrəli məktəbdə imtahan verdim. 96 bal toplamışam. İyulda isə qabiliyyət imtahanı verdim, orada da qaçış, tullanma və turnikdən 36 bal topladım”.
Qaynarinfo xəbər verir ki, bunu Oxu.Az-a millimizin sabiq futbolçusu, "Səbail” klubunun yarımmüdafiəçisi Əfran İsmayılov deyib.
Oktyabrda 33 yaşını qeyd edəcək futbolçu avqustun 20-si imtahan nəticələrinin açıqlanacağını bildirib:
"Hazırda nəticələri gözləyirəm. Bu ayın 20-si cavablar çıxmalıdır. "Futbol” ixtisasını yazmışam. Balım da ora çatır”.