Xəbər lenti

Azərbaycanlı futbolçu Almaniyada bombardir oldu
İdman07:33 28.10.2017

Azərbaycanlı futbolçu Almaniyada bombardir oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniya Regional Liqasının Şimal-Şərq zonasında XIII turun oyunları keçirilir. "Qaynarinfo" xəbər verir ki, Rüfət Dadaşovun çıxış etdiyi Berlin "Dinamo"su "Berliner AK"ı qəbul edib.
Oyun qonaq komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Rüfət Dadaşov meydana start heyətində çıxıb və 45-ci dəqiqədə penaltidən komandasının yeganə qoluna imza atıb.
Bu Rüfət Dadaşovun mövsüm ərzində 12-ci qolu olub. O, bu göstərici ilə Şimal-Şərq zonasının ən sərrast futbolçusudu və ikinci pillədəki Streli Mambanı (Kottbus) 2 top qabaqlayır.
Qeyd edək ki, "Dinamo" 13 oyundan sonra 25 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb və bir oyun əskik keçirən "Kottbus"dan 9 xal geri qalır.
Aydın
Qaynarinfo.Az