Xəbər lenti

Azərbaycanlı futbolçu İsveçdə elə gözəl qol vurdu ki... - VİDEO
İdman11:41 31.08.2016

Azərbaycanlı futbolçu İsveçdə elə gözəl qol vurdu ki... - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İsveçin aşağı liqa təmsilçisi “Bodens”də çıxış edən azərbaycanlı futbolçu Ramin Sultanov diqqət mərkəzinə düşməyi bacarıb. 

Qaynarinfo.Az xəbər verir ki, özünü yaxşı tərəfdən göstərərək adıçəkilən klubun U-21 komandasına dəvət alan həmyerlimiz son turda fərqlənib. 

“Harads”la görüşdə 87 dəqiqə meydanda olan Sultanov 61-ci dəqiqədə vurduğu gözəl qolla yadda qalıb. O, hesabı komandasının xeyrinə 2:0 edib. 

Qeyd edək ki, Ramin Sultanov artıq 3 ildir ki, bu komandanın heyətində top qovur.

Qaynarinfo.Az