Türkiyənin "Giresun İşıq" qəzeti "Giresunspor"la müqaviləsini pozan Kamal Bayramovla bağlı yazı dərc edib.
Fanat.az xəbər verir ki, qəzet qolkiperin Türkiyəni tərk etməsini maraqlı səbəblə izah edib.
İddia olunub ki, Kamal "Giresunspor"dan Azərbaycan - Ermənistan müharibəsi yenidən alovlandığı üçün ayrılıb. Guya qapıçı belə bir məqamda ailəsinin yanında olmaq üçün bu addımı atıb. "Azərbaycanla Ermənistan arasında müharibə gedir. Belə bir məqamda vətənimi və ailəmi yalnız buraxmaq mənə yaraşmaz" deyə qolkiper bildirib.
Qəzetə açıqlama verən Bayramov "Biresunspor"u da çox sevdiyini bildirib: ""Giresunspor" böyük bir klubdu və böyük bir prezidenti var. Komandanı Super Limqada görmək istəyirəm. İnşallah qarşıdakı mövsümdə bunu bacararsınız. "Giresunspor"u həmişə izləyəcəm. Hər zaman "Giresunspor"un yanında olacağam".