Xəbər lenti

Azərbaycanlı futbolçu Rumıniyada 4-cü oyununa çıxdı
İdman05:28 27.03.2016

Azərbaycanlı futbolçu Rumıniyada 4-cü oyununa çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Millimizin sabiq futbolçusu Elhad Nəziri Rumıniyanın "Metalul" klubunda 4-cü oyununa çıxıb.

Qaynar.info xəbər verir ki, Nəzirinin çıxış etdiyi komanda Kluj şəhərində Rumıniyada tanınan "Universitatya" klubunun qonağı olub. "Metalul" ardıcıl 5-ci oyunda məğlubiyyət alıb - 0:2.

Son 2 oyunda ayağındakı zədəsinə görə oynaya bilməyən Elhad bu dəfə meydana II hissədə daxil olub. O, 57-ci dəqiqədə serb Zoran Kopreni əvəzləyib. Ancaq futbolçumuz meydana daxil olanda artıq "tələbələr" 2 qol vurmuşdu.

Qeyd edək ki, "Metalul" -5 xalla turnir cədvəlinin sondan II pilləsində qərarlaşıb.

Qaynar.info