Xəbər lenti

Azərbaycanlı hakimlər Avropa çempionatının oyununda
İdman14:35 03.06.2019

Azərbaycanlı hakimlər Avropa çempionatının oyununda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
FİFA referisi Rəhim Həsənov növbəti beynəlxalq təyinatını alıb.
Qaynarinfo xəbər verir ki, Rəhimin başçılıq etdiyi hakimlər briqadası San Marinoya yollanacaq.
O, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 4-cü qrupunun San Marino – Litva oyununun baş hakimi olacaq.
Rəhim Həsənova bu işdə Namiq Hüseynov və Mübariz Haşımov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək. 
Görüş iyunun 5-də "Serravalle" stadionunda baş tutacaq.