Xəbər lenti

Azərbaycanlı iş adamı 209 min avroya yaxta aldı
Dünya16:16 10.05.2013

Azərbaycanlı iş adamı 209 min avroya yaxta aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanlı iş adamı hazırlanmasına 4 kq qızıl sərf olunan “Angel Lobster 15” yaxtasını alıb.

Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, həmyerlimiz yaxtanı İstanbulun Haliç bölgəsində keçirilən “Golden Horn Boat Fest” sərgisindən əldə edib.


“Angel Lobster 15” sərgidə ən çox maraqla qarşılanan su nəqliyyatı vasitələrindən olub. Onun özəlliyi isə bir çox hissəsinin qızıldan işlənməsidir. Yaxtanın sahibi və qiyməti açıqlanmayıb.

Qeyd edək ki, “Angel Lobster 15”in tam uzunluğu 14,90 metr, eni 14 metr, dərinliyi 4,65 metr, su xəttinin hündürlüyü 0,80 metr, çəkisi 18 ton, sərnişin tutumu 12 nəfərlikdir. “yahtastambul.com” saytında bu yaxtanın bürünc paketi 209 min avroya, gümüş paketi 249 min avroya, qızıl paketi isə 309 min avroya təklif olunur.

Qaynar.info