Xəbər lenti

Azərbaycanlı məhkumlar ölkəmizə təhvil verildi
Siyasət16:12 14.03.2016

Azərbaycanlı məhkumlar ölkəmizə təhvil verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanla İran arasında məhkum mübadiləsi həyata keçirilib.
Qaynar.info Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına istinadən xəbər verir ki, “Azərbaycan və İran İslam respublikaları arasında azadlıqdan məhrum edilmiş şəxslərin cəza çəkmək üçün verilməsi haqqında” 21.02.1998-ci il tarixli müqaviləyə və birgə əldə olunmuş razılığa əsasən, 12.03.2016-cı il tarixdə cəzanın qalan hissəsini çəkmələri məqsədilə Penitensiar Xidmətin tabe müəssisələrində cəza çəkən İran İslam Respublikası vətəndaşı olan 5 nəfər məhkumun Astara sərhəd-keçid məntəqəsində İranın səlahiyyətli nümayəndələrinə təhvil verilməsi həyata keçirilib.
Eyni zamanda, cəzanın qalan hissəsini çəkmələri üçün 6 nəfər Azərbaycan vətəndaşı İrandan ölkəmizə qəbul edilib.
Qaynar.info