Xəbər lenti

Azərbaycanlı merə heykəl qoyuldu - FOTO
Dünya12:26 20.01.2015

Azərbaycanlı merə heykəl qoyuldu - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən ilin yay aylarında Ukraynada öldürülən azərbaycanlı merə heykəl qoyulub. 
Anspress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, heykəl Poltava vilayətinin Kremençuk şəhərinin meri Oleq Babayevə ucaldılıb. 
Heykəl onun adına olan bağda qoyulub. Bürüncdən olan heykəldə mərhum mer skamyada oturmuş formada təsvir edilib. Heykəlin hündürlüyü 1,6 metr, eni 2,5 metrdir. 
Abidəni onun valideynləri qızı açıb. Maket Xarkovda heykəltəraş Eldəniz Qurbanov tərəfidən hazırlanıb. 
O.Babayevin heykəli onun dostlarının dəstəyi ilə ərsəyə gətirilib. 
Xatırladaq ki, Ukraynanın Poltava vilayətinin Kremençuk şəhərinin meri Oleq Babayev 26 iyulda səhər saat 10:00-da evinin qarşısında güllələnib. 3 güllə yarası alan mer yerindəcə keçinib.
"Batkivşina" partiyasından keçmiş deputat olan Oleq Babayevin 49 yaşı olub. O, 21 oktyabr 1965-ci ildə Kursk şəhərində doğulub. Onun atası əslən Gəncə şəhərindən olub. 1990-cı ilin dekabrdan Ukrayna vətəndaşı olub. Onun atası əslən Gəncə şəhərindən olub. O, Almaniyadan gətirilən avtomobillərin satışı, dəri emalı biznesi ilə məşğul olub. O.Babayev 2005-ci ildən “Vorskla”nın prezidenti idi. Komanda ötən mövsüm Ukrayna premyer-liqasını 8-ci yerdə başa vurmuşdu.
Qaynar.info