Xəbər lenti

Azərbaycanlı merin qətli ilə bağlı iş məhkəməyə göndərildi
Dünya19:06 17.02.2015

Azərbaycanlı merin qətli ilə bağlı iş məhkəməyə göndərildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın Kremençuq şəhərinin azərbaycanlı meri Oleq Babayevin ölümü ilə bağlı iş məhkəməyə göndərilib. Anspress-in məlumatına görə, Poltava vilayət prokurorluğunun istintaq idarəsi araşdırmanı yekunlaşdırıb və 4 nəfərlə bağlı ittiham aktını məhkəməyə göndərilib.
"Batkivşina" partiyasından keçmiş deputat olan Oleq Babayevin 49 yaşı olub. O, 21 oktyabr 1965-ci ildə Kursk şəhərində doğulub. Onun atası əslən Gəncə şəhərindən olub. 1990-cı ilin dekabrdan Ukrayna vətəndaşı olub. O, Almaniyadan gətirilən avtomobillərin satışı, dəri emalı biznesi ilə məşğul olub. O.Babayev 2005-ci ildən “Vorskla”nın prezidenti idi. Komanda ötən mövsüm Ukrayna premyer-liqasını 8-ci yerdə başa vurmuşdu.
Xatırladaq ki, Ukraynanın Poltava vilayətinin Kremençuk şəhərinin meri Oleq Babayev ötən il iyulun 26-da səhər saat 10:00-da evinin qarşısında güllələnib. 3 güllə yarası alan mer yerindəcə keçinib.
Hadisə ilə bağlı 4 nəfər - sifarişçi, təşkilatçı və 2 icraçı həbs olunub.
Qaynar.info