Müğənni Mənzurə Musayeva doqquz dəfə əməliyyat olunduğunu söyləyib.
BiG.AZ xəbər verir ki, sənətçi bu haqda “Hər şey daxil” verilişində qonaq olarkən deyib:
"İki ildir əməliyyat olunmuram. Əsas odur ki, əməliyyatdan sonra, özünə baxasan. Əgər yedinsə yenə əvvəlki formaya qayıdacaqsan . 9 dəfə əməliyyat olunmuşam. Amma xəstəliklə bağlı. Mən həmişə gözəl olmuşam. Bunun ikisi plastik əməliyyat olunub".
Sənətçi formada qalmağın sirrlərindən də danışıb:
"İdmanla məşğul oldunsa gərək axıra kimi məşğul olasan. Hər gün 1 saat hovuzda üzürəm. Amma məni o qədər də arıqlatmır. Son zamanlar mənə deyirlər ki, arıqlamısan. Bunun üçün gərək haralarasa getmək lazımdır. Amma bunu sirr saxlayıram".
Qaynarinfo.Az