Estoniyanın “Olerex” neft şirkəti Rusiyanın “Lukoyl” şirkətinin Estoniyada olan 37 yanacaqdoldurma məntəqəsini satın alıb.
Axar.az xəbər verir ki, bu barədə “Lukoyl”un vitse-prezidenti Vadim Vorobyov açıqlama verib.
Razılaşmaya görə, məntəqələr daha 1 il “Lukoyl” markası adı altında fəaliyyət göstərəcək.
Məntəqələrin hansı məbləğə satıldığı isə açıqlanmayıb.
Qaynar.info