Xəbər lenti

Azərbaycanlı milyarderin otelinə müştəri tapıldı - FOTO
Dünya06:18 12.04.2015

Azərbaycanlı milyarderin otelinə müştəri tapıldı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanlı milyarder Telman İsmayılovun borclara görə satışa çıxarılan “Mardan Palace” otelinə müştəri tapılıb. Axar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Limak Holding”in nümayəndələri Telman İsmayılov tərəfindən 1,5 milyard dollara tikilən “Mardan Palace”ı satın almaq üçün danışıqlara başlayıb.
Məsələ ilə bağlı rəsmi açıqlama verilməsə də, “Limak Holdinq”in səlahiyyətli nümayəndəsi oteli satın almaq fikrində olduqlarını açıqlayıb.
Xatırladaq ki, dünyanın ən dəbdəbəli otellərindən olan 7 ulduzlu “Mardan Palace” bir müddət əvvəl Antalya bələdiyyəsi tərəfindən borclara görə satışa çıxarılmışdı.
Qaynar.info