Xəbər lenti

Azərbaycanlı milyoner təzminatla sərbəst qalmaq istəyir
Dünya06:13 23.03.2016

Azərbaycanlı milyoner təzminatla sərbəst qalmaq istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın Mayami şəhərində həbs edilən və  FDC Mayami həbsxanasında saxlanılan Azərbaycan əsilli iş adamı Rza Zərrab təzminat qarşılığı sərbəst qalmaq istəyir.

Qaynar.info axşam.az-a istinadən xəbər verir ki, iş adamının bununla bağlı müraciətinə aprelin 4-də baxılacaq. Zərrabın Nyu-Yorka nə zaman aparılacağı da həmin vaxtda bəlli olacaq. 

Xatırladaq ki, 19 martda Mayamidə saxlanılan Rza Zərrab dünən məhkəmə önünə çıxarılıb. Məhkəmədə hazırlanan 20 səhifəlik iddianamədə isə ona 75 il həbs cəzası verilməsi istənilib.

İndi onun FDC Mayami həbsxanasında 09135-104 nömrəli, yaxşı mühafizə olunan hücrədə saxlandığı iddia edilir.

Qeyd edək ki, R.Zərrab İrana qoyulan embarqoları pozmaqda, çirkli pulların yuyulmasında və bank saxtakarlığında ittiham edilir.

Qaynar.info