Xəbər lenti

Azərbaycanlı model Acun Ilıcalını qınadı: “Niyə səssiz qaldınız?“
Ölkə11:44 13.10.2020

Azərbaycanlı model Acun Ilıcalını qınadı: “Niyə səssiz qaldınız?“

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Acun bəy, niyə səssiz qaldınız? 13,4 milyonluq səhifənizdə heç olmasa bir Azərbaycan bayrağı paylaşaraq dəstək olmaq çətin gəldi?!”
Qaynarinfo xəbər verir ki, bu sözləri Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva sosial şəbəkə hesabında yazıb. Model TV8 kanalının rəhbəri, məşhur aparıcı Acun Ilıcalının Azərbaycana dəstək olmamasını sərt şəkildə qınayıb:
"Təbii ki, bu günlər keçəcək, xalqım zəfər qazanacaq. Qarabağımın işğal olunmuş torpağında Azərbaycan-Türkiyə bayrağı dalğalanacaq! Amma biz heç vaxt yanımızda duranları da, kənarda qalanları da unutmayacağıq. Mənim diqqətimi Acun Ilıcalı çəkdi – türk əsilli qardaşımız. Yüzlərlə azərbaycanlının "O səs Türkiyə”, "Yetenek sizsiniz”, "Survivor Türkiyə” proqramlarında sevərək iştirak edən, izləyici kütləndə və reytinqində az əməyi olmayan Azərbaycan türkləriyik biz. Acun bəy, niyə səssiz qaldınız? Heç toxunmadımı sizə yaşadıqlarımız?”