
Qaynar.info-nun rus mətbuatına istinadən verdiyi məlumata görə, paytaxtın Şukino rayonunda yol polisi əməkdaşı yol hərəkət qaydalarını pozan xarici nömrə nişanlı "Mercedes" markalı avtomobili saxlayıb.
Polislər maşını saxlatdıraraq sürücüdən lazım olan sənədləri tələb ediblər. Lakin sürücü polislərə hücum edərək onlara zərbələr endirməyə başlayıb.
Məlum olub ki, polislərə hücum edən şəxs Moskvada müvəqqəti yaşayan 35 yaşlı Azərbaycan vətəndaşı olub.
Hazırda onun haqqında "dövlət məmuruna qarşı zoz tətbiq etmə" maddəsilə cinayət işi qaldırılıb. Azərbaycanlını 5 il həbs gözləyir.
Qaynar.info