Xəbər lenti

Azərbaycanlı müğənni ana olacaq - Uzun sürən həsrətdən sonra
Ölkə15:58 21.07.2016

Azərbaycanlı müğənni ana olacaq - Uzun sürən həsrətdən sonra

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir zaman populyar və şou-biznesmizin ən cazibədar müğənnilərindən Kəmalə Qaramollayeva ilk dəfə ana olmağa hazırlaşır.

4 ildir ki, evlilik həyatı sürən Kəmalə artıq hamiləliyin 3-cü ayındadır.

Bu barədə açıqlama verən Qaramollayeva "Həyat yoldaşımla birgə şəhərimizin ən savadlı, tanınmış həkimlərinin yanında olmuşuq. Hamı mənə deyirdi ki şans azdı - 100-də 90 faiz olmayacaq!

Amma Allah böyükdü - nəhayət, bu sevinci mənə də bəxş etdi. Həkim özü də təsdiqlədi ki, bu möcüzədir", - deyən müğənni həyəcanlanaraq "Sizin vasitənizlə bütün övlad arzusunda olan qadınlara səslənib demək istəyirəm ki, kim nə deyir desin...Ümidinizi kəsməyin!" söylədi.(atv.az)

Qaynarinfo.Az