Xəbər lenti

Azərbaycanlı oliqarx Piterdə daha 4,2 hektar torpaq aldı
Dünya16:37 09.03.2015

Azərbaycanlı oliqarx Piterdə daha 4,2 hektar torpaq aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Sankt-Peterburq şəhər meriyasının Şəhərsalma Komitəsi azərbaycanlı oliqarx Vaqif Məmişova daha 4,2 hektar torpaq sahəsi ayırıb.
Virtualaz.org saytı xəbər verir ki, komitə Məmişovun “Konrad” şirkətlər qrupuna daxil olan “Petrovskiy stroitel” Qapalı Səhmdar Cəmiyyətinə Komarovo rayonunda otel tikintisi üçün 4,2 hektar torpaq sahəsinin ayrılması haqda qərar çıxarıb.
Yerli qanunlara görə, tikinti üçün torpaq sahələri hərrac keçirilmədən ayrılır və qərar iki il qüvvədə olur. Əgər torpaq sahəsini alan sahibkar bu iki ildə tikintini həyata keçirməsə, ərazi geri qaytarılır.
Lakin yerli fəallar hesab edirlər ki, milyarder Məmişov bu qədər torpaq sahəsini əslində otel tikmək üçün yox, otel adı altında maskalanan və apart-otellər adlanan elit yaşayış kompleksinin tikintisi üçün alıb.
V.Məmişov Peterburqda böyük biznesi olan oliqarxdır, onun çoxsaylı şirkətləri, daşınmaz əmlakı, obyektləri və ticarət mərkəzləri var. Məmişov həm də yerli azərbaycanlı diasporunun lideri və Peterburq qubernatorunun müşaviridir.
Qaynar.info