
Rostovda yol hərəkəti qaydalarını pozan avtomobil Yol Patrul Xilmətinin əməkdaşlarından qaçmağa çalışıb
Hadisə Rostovda yol hərəkəti qaydalarını pozan avtomobil Yol Patrul Xilmətinin əməkdaşlarından qaçmağa çalışıb. Musavat.com-un Rusiyanın NTV telekanalına isrinadən verdiyi məlumata görə, yüksək sürətlə hərəkət edən maşın aşıb və yanmağa başlayıb.
Polis əməkdaşları yanan maşındakı adamları xilas ediblər. Sürücü ilə yanaşı avtomobildə iki sərnişin - qadın və kişi olub.
Rəsmi məlumatlara görə, “Suzuki” markalı avtomobilin sürücüsü polis əməkdaşlarının əmrinə tabe olmayıb. Polis maşınlarının təqib etdiyi avtomobil yolda təhlükəli vəziyyət yaradıb, 140 km/saat sürətlə tez-tez qarşı hərəkət zolağına çıxıb.
Saxlanılan şəxsin 21 yaşlı Azərbaycan vətəndaşı olduğu bildirilir.
Qaynar.info