Xəbər lenti

Azərbaycanlı politoloq Hillari-Tramp debatını "səviyyəsiz" adlandırdı
Dünya13:16 10.10.2016

Azərbaycanlı politoloq Hillari-Tramp debatını "səviyyəsiz" adlandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Fuad Çıraqov ABŞ prezidentliyinə namizədlər arasında keçirilən debatı “səviyyəsiz” adlandırıb. Qaynarinfo.Az xəbər verir ki, Fuad Çıraov bununla bağlı “Facebook” səhifəsində yazıb: 

“Dünən ABŞ-da Hillari Klintonla Donald Tramp arasında növbəti debat keçirildi. Bəlkə də bu ölkənin tarixində ən səviyyəsiz, biabırçı və qurşaqdan aşağı zərbələrlə olan debat olmamışdı. Hər dəfə səviyyəsizliyin yeni minimumlarına çatırlar. Tramp açıqca deyir ki, prezident olsa, Hillari türmədə olacaq. 

Bir cəmiyyətin ictimai müzakirəsinin səviyyəsi qısa zamanda necə də belə səviyyəsizləşə bilərmiş. Və bütün bunlar Obama kimi Vilsonla müqayısə oluna biləcək intellektual prezidentdən sonra baş verir. Obamanın xüsusilə Konqres qarşısındakı illik çıxışlarının akademik yükünü və bəzi qısa ifadələrinin mənasını anlamaq üçün sadəcə ingilis dilini bilmək deyil, qalaq-qalaq kitab oxuyub, sosial elmlər sahəsindən ən azı magistr dərəcəsi almaq lazım idi. The world is going crazy!!!" (Dünya krizisə gedir-red).

Qaynarinfo.Az