Xəbər lenti

Azərbaycanlı qanuni oğrunu restoranda qandalladılar
Dünya10:00 27.09.2016

Azərbaycanlı qanuni oğrunu restoranda qandalladılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünən gecə Moskvanın “1905-ci il” küçəsində yerləşən “Naş dvor” restoranında azərbaycanlı qanuni oğru Taleh Dağlıyev saxlanılıb. 
Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, kriminal aləmdə “Tolik Noqinski” kimi tanınan Dağlıyevin üstündən narkotik maddə götürülüb.
32 yaşlı Dağlıyev iki il əvvəl taclandırılıb. O, əslən Bakıdandır, Maştağa qəsəbəsində anadan olub. Onun taclandırılmasında “Blondin”, “Puxlıy”, “Zabava”, “Sirkaç” kimi tanınmış oğrular iştirak edib.
Qaynarinfo.Az