Xəbər lenti

Azərbaycanlı "bazarkom" Rusiyada gözətçini ölümcül döydü
Dünya09:26 21.06.2013

Azərbaycanlı "bazarkom" Rusiyada gözətçini ölümcül döydü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın Saratov vilayətinin Balakov bazarının gözətçisinin meyiti tapılıb. 

Qaynar.info-nun məlumatına görə, gözətçinin meyitini onunla növbəsini dəyişmək istəyən iş yoldaşı tərəfindən aşkarlanıb. 

Cəsədin yanında onun döyülmüş arvadı da olub. Gözətçinin arvadı cinayətin törədicisi kimi bazarın Azərbaycandan gəlmiş sahibini nişan verib.

İstintaq orqanları hesab edirlər ki, bazarın sahibi hansısa səbəbdən gözətçiyə dərs vermək qərarına gəlib. Və bazar sahibi onu dəmir armaturla ölənə qədər döyüb. Həmin ərəfədə ərinin yanına gəlmiş keşikçinin arvadı da onun tərəfindən döyülüb. 

Azərbaycanlı bazar sahibi həbs edilib.

Qaynar.info