
29 yaşlı Mehdi Həzrət oğlu Sisyan-Vayk yolunda maşını aşırıb
Ermənistanın Sisyan-Vayk yolunda oktyabrın 29-u axşam ağır tonnajlı yük maşını dərin dərəyə düşüb. ANS PRESS Ermənistan FHN-in mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, yük maşının üzərində konteyner olub.
Sürücü isə milliyyətcə azərbaycanlı İran vətəndaşı, 29 yaşlı Mehdi Həzrət oğlu Gercoy Əncəmi olub. O, yolun hərəkət hissəsindən çıxaraq qaz borusuna dəyib. Nəticədə avtomobil 100 metr dərinliyə düşüb.
FHN zərər çəkmiş sürücünü xəstəxanaya yerləşdirib. Onun durumu sabit ağır dəyərləndirilir.
Qaynar.info