
Əli Məmmədov Xarkov şəhərində göldə boğulub
Ukraynanın Xarkov şəhərində təhsil alan azərbaycanlı gənc faciəli şəkildə ölüb.
Bu barədə məlumatı ANS PRESS-in Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov verib. Vəfat edən 1995-ci il təvəllüdlü, Gəncə şəhər sakini Məmmədov Əli Sənan oğludur.
17 yaşlı Əli Xarkov Milli Universitetinin I kurs tələbəsi olub. O, iki gün əvvəl - 24 mayda tələbə yoldaşı ilə birlikdə şəhər yaxınlığındakı göldə çimərkən boğulub.
Hadisədən bir neçə saatdan sonra onun cəsədi xilasedicilər tərəfindən tapılıb. Əlinin atası hazırda Xarkovdadır. Oğlunun cəsədinin Azərbaycana gətirilməsi üçün sənədləri hazırlayır.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır və tələbənin meyiti müvafiq ekspertizadan sonra bu günlərdə Azərbaycana yola salınacaq.
Qaynar.info