Xəbər lenti

Azərbaycanlı tələbəyə təcavüz edildi
Dünya06:08 03.04.2013

Azərbaycanlı tələbəyə təcavüz edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyədə azərbaycanlı tələbə qız təcavüzə məruz qalıb. Anspress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, İstanbuldakı özəl universitetlərdən birində iqtisadiyyat üzrə təhsil alan 21 yaşlı V.D.Z liftdə hücuma məruz qalıb. Belə ki, Şişlidə gəzərkən gözəllik salonlarındna birinin paylanılan reklam kartından alıb. 

Kartdakı salonun ünvanını axtararkən hamburger firmalarından birində işləyən 33 yaşlı kişi ona kömək etməyi təklif edib. 

V.D.Z-ni bir binaya aparan şəxs onunla birlikdə liftə minib. Lakin kişi lifti yarıyolda saxlayaraq gənc qıza taciz edib. Qızı öpməyə çalışan kişi ona əllə təcavüz edib. Tələbə qızın qışqırmasından panikaya düşən kişi hadisə yerindən qaçıb. 

Tanımadığı kişinin əllə təcəvüzünə məruz qalan azərbaycanlı qız dərhal polisə məlumat verib.

Təhlükəsizlik kamerasındakı görüntüləri sayəsində şübhəli şəxs saxlanılıb. Ona qarşı 12 il azadlıqdan məhrumetmə iddiası ilə cinayət işi açılıb.

Qaynar.info